Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərazi təhlükəli tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt çayı üzərindəki körpünün altına kimyəvi maddələr olan kisələrin atılması ilə bağlı daxil olan məlumat Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Ekolofiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı sözügedən ərazidə hər birinin çəkisi 25.2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələrin atıldığı məlum olub. ETSN-nin Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları tərəfindən kisələr ərazidən yığışdırılaraq təhlükəli tullantılar poliqonuna daşınıb.

Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt  Şəhər Polis İdarəsinə məktubla müraciət edilib.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

 

 

 

31 Avqust 2018 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə