Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub

Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub

İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqslərini nümayiş etdiriblər. Həmişəki kimi İsveç paytaxtının mərkəzində yerləşən "Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.

Türk diasporunun üzvilərinin giriş sözü ilə başlayan tədbirdə iştirak edən İsveç-Azərbaycan Dərnəyinin üzviləri də çıxış ediblər. Dərnək üzviləri ölkəmiz haqqında məlumat verərək, Azərbaycanda uşaqlara və onların hüquqlarının qorunmasına mühüm önəm verildiyini qeyd ediblər. Tədbirin bədii hissəsində yerli ictimaiyyətə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan "Naz eləmə” və "Nəlbəki” Azərbaycan milli rəqsləri böyük marağa səbəb olub.

Tədbirdə, konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş ediblər. Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış "Tumurcuq” Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzviləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər. Milli geyimlərdə olan teatr iştirakçıları Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 12:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə