Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələbələr uşaqlar üçün humanitar aksiya keçiriblər

Tələbələr uşaqlar üçün humanitar aksiya keçiriblər

ATU-nun II müalicə profilaktika fakültəsinin tələbələri Milli Onkologiya Mərkəzində yatan uşaqlar üçün xeyriyyə aksiyası təşkil ediblər.

Fakültənin 3-4-cü kursunun tələbələri uşaqları ziyarət ediblər, onlar üçün klounun iştirakı ilə əyləncəli tamaşa nümayiş etdiriblər. Sağlıq durumuna görə tamaşanı izləyə bilməyən uşaqların palatası ayrıca ziyarət olunub. Xəstə uşaqlara müxtəlif hədiyyələr, rəngarəng oyuncaqlar, rəngli kitab və qələmlər təqdim olunub. Tələbələr balacaların maraqlı və əylənləcəli vaxt keçirməsinə yardımçı olublar.

Ziyarətdə tələbələrlə yanaşı, ATU-nun II müalicə profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirova da iştirak edib. ATU təmsilçiləri aksiyanın keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Uşaq Onkoloji Mərkəzin rəhbərliyinə və xüsusilə, şöbə müdirinə, baş tibb bacısına təşəkkür ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 12:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə