Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib

Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzlərinin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları,Xidmətin Regional Peşə Tədris Mərkəzlərinin, həmçinin Təhsil Nazirliyinin peşə təhsili müəssisələrinin müəllimlərinin iştirakı ilə peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib.

Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin  “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” regional proqramının dəstəyi ilə  təşkil edilib.

Beş gün davam edən təlimdə iştirakçılara kənd təsərrüfatı üzrə “İstixana operatoru” və “İntensiv bağçılıq üzrə işçi”  ixtisaslarının tədrisi üçün hazırlanmış səriştə əsaslı kurikulum və təlim modullarının tətbiqinə dair metodologiya öyrədilib. Həmin kurikulum və təlim modulları üzrə hazırlanmış təlim materialları gələcəkdə məşğulluq orqanları tərəfindən işaxtaran və işsiz şəxslər üçün təşkil olunacaq peşə hazırlığı prosesində istifadə olunacaq. 

Yekunda iştirakçılara təlim kursunu bitirmələri barədə sertifikatlar  verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 12:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə