Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin 3 ayı ərzində 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

Cari ilin 3 ayı ərzində 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir.  

Cari ilin 3 ayı ərzində respublika üzrə 32 min 849 vətəndaş bu tədbirlərə cəlb olunub. Onlardan 22 mindən çoxu gənclərdir. Peşəyönümünə cəlb olunan şəxslərə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. İştirakçılara düzgün peşə seçiminə dəstək məqsədilə məsləhət xidmətləri göstərilib. Onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.

Qeyd edək ki, il ərzində respublikamızın şəhər və rayonlarındakı məktəblərdə peşəyönümü tədbirləri davam etdiriləcək.

 

Z,BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 12:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə