Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astarada heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri aparılır

Astarada heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Astara Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq rayonun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib. Peyvəndləmə tədbirləri “soyuq zəncir” rejimi gözlənilməklə 11 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılır.

Həmçinin həssas heyvanlar arasında xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də ərazidə dezinfeksiya tədbirləri görülüb.  

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Astarada saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.  

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 12:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə