Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb. Xəsarət alanların sayı 500-dən çoxdur.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Aprelin 22-si ölkənin paytaxtı Kolomboda daha bir partlayış baş verib. Partlayış daha əvvəl terakt baş verdiyi kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi zamanı baş verib.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Aprelin 23-ü Şri-Lankada matəm günü elan edilib.

23 2019 11:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə