Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.

Reyd zamanı  Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 28 May küçəsi ilə A.Aslanov küçələrinin kəsişməsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi məlum olub.

Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,tullantıların qısa vaxt ərzində təmizlənməsi üçün M.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Qəzənfər  QASIMOV,
Xalq  qəzeti”

 

 

31 2018 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə