Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Problemli kreditlər üzrə kompensasiyalar necə veriləcək?

Problemli kreditlər üzrə kompensasiyalar necə veriləcək?

Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə başlanıb. Bu barədə mediaya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib ki, daxil olan müraciətlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var:

-Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalar Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız Palatanın yanında formalaşdırılan apellyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsin üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır.

Kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər. Belə vətəndaşlarımız da eyni ilə apellyasiya komisiyasına müraciət etməlidirlər. Apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə o zaman Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımız məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

İqtisadçı daha sonra deyib:

-Qaydalara əsasən, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4 min 800 manat kompensasiya məbləğindən azaldılır. Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4 min 800 manat kompenasiya hesablanıb amma devalvasiyadan sonra bank ona 2 min manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu halda kompensasiya məbləğində vətəndaşın artıq ödədəiyi cərimə və faizlər nəzərə alınmır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə allnmır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənizmlənməsi məqsədəuyğundur.

Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.

Vüqar Bayramov açıqlamasını belə yekunlaşdırıb:

-Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlar  və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar.

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

22 2019 17:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə