Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Sabançı Universiteti 17 yaşlı azərbaycanlı tələbəni təhsil haqqı ödəməkdən azad edib

Türkiyənin Sabançı Universiteti 17 yaşlı azərbaycanlı tələbəni təhsil haqqı ödəməkdən azad edib

17 yaşlı  həmyerlimiz Yasin Quliyev adlı Türkiyənin Sabancı Universitetinə qəbul olub.  Ölkə mediasında və sosial şəbəkələrdə yayılan məlumata görə, yüksək intellekt sahibi olan azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq.

Yasin dünyanın bir sıra nüfuzlu universitetlərinə (Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini, Baxçaşəhər Unverisiteti) qəbul olunub. Onun seçimi isə  Türkiyədəki  Sabancı Universiteti olub. Gənc həmyerlimiz bu universitetin kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq.  

Y.Quliyev Bakıdakı "Ankara məktəbi" məktəb-liseyi, "İstək” liseyində təhsil alıb. O, hazırda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib. Gəncin atası Yalçın Quliyev Trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib: “Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun".

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib: “Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur.

 

R.TAHİR,
“Xalq qəzeti”  

22 2019 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə