Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprelin 23-də gözlənilən hava şəraiti

Aprelin 23-də  gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Aprelin 23-də arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

 Azərbaycanın rayonlarında

Aprelin 23-də fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

22 2019 17:19 - EKOLOGİYA
EKOLOGİYA
21 May 2019 | 17:52
Görüş keçirilib
17 May 2019 | 17:46
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə