Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zidandan Poqba ilə bağlı açıqlama

Zidandan Poqba ilə bağlı açıqlama

“Real”ın baş məşqçisi Zinəddin Zidan, son zamanlar adı komanda ilə yanaşı çəkilən “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba haqqında açıqlama verib.

Fransalı mütəxəssis, 26 yaşlı futbolçunun transferində maraqlı olduğunu açıqlayıb:

“Poqbanı çox sevirəm. O, çox fərqli bir futbolçudur. Necə müdafiə olunacağını və hücumu çox yaxşı bilir”.

Mançester təmsilçisi fransalı futbolçunu 150 milyon avrodan az məbləğə satmayacağını bildirmişdi.

Xatirladaq ki, 2016-cı ildə “Yuventus”dan 105 milyon avroya transfer olunan futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

 

E.ABBASOV,
“Xalq qəzeti”

22 2019 17:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə