• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcili tibbi yardım xidməti 2018-ci ilin 6 ayın yekun hesabatını verib

Təcili tibbi yardım xidməti 2018-ci ilin 6 ayın yekun hesabatını verib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur. Bu müraciətlərdən 33113-ü xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 435210, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 56741-dən artıq olub. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmələrdə fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1841 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya 1709 olmuşdur. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infarktı və insultla bağlı müraciətlərin sayında artım müşahidə olunub.

Təcili tibbi yardıma ehtiyacı olan 226 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. BŞTvəTTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2018-ci ilin 6 ayı ərzində 3059-ə yaxın laborator daşınma icra edilib. 2018-ci il ərzində BŞTvəTTYS tərəfindən sənədləşmə işləri təkmilləşdirilmiş formada aparılır. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadə edilir. Onların elektron variantı da hazırlanır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

1 2018 16:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin