Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rayon rəhbəri ahıl ananın xahişini yerə salmadı, onun evinə getdi…

Rayon rəhbəri ahıl ananın xahişini yerə salmadı, onun evinə getdi…

Səhhətinə görə icra hakimiyyətinə gələ bolmədiyini, başçı ilə görüşmək arzusunda olduğunu yazan Xanımzər ana rayon rəhbərinin onlara gəlməsini xahiş edirdi. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov məktubu oxuyan kimi «o niyə gəlir, özüm gedəcəyəm» deyib birbaşa Xanlıqlar kəndinə yollandı. İcra hakimiyyətinin başçısı heç baxmadı ki, yaşlı qadının şikayəti nədəndir, xahişi nədir, haqlıdır, ya haqsızdır, qanunidir, ya qeyri qanunidir. Başçı üçün əsas o idi ki, yaşlı bir ananın sözünü yerə salmaq olmaz...

Özü ilə rayonun məsul şəxslərini də aparmışdı. Sanki bu da tabeliyində olanlara bir nümunə, bəlkə də xəbərdarlıq, bir tövsiyə idi:siz də qocalacaqsınız, belə məsələlərdə həssas olun, cənab Prezidentimizdən nümunə götürün...                 

Ömrünün ahıl çağlarını yaşayan ananın istək və arzularını dinləyən icra başçısı rayonumuzda ağsaqqallara, ağbirçəklərə göstərilən diqqət və qayğıdan danışdı. "Yaşlı insanlara qayğı göstərmək hər birimizin borcudur" - deyən icra başçısı onlara bundan sonra da daim diqqət göstəriləcəyini qeyd edib.      
Xanımzər ananın "sanki dünyanı mənə bağışladılar, nə xahiş edəcəkdimsə onu da unutdum. Rayon rəhbərinin xahişimi yerə salmayıb evimə gəlməsini gördüm, daha heç bir dərdim yoxdur" deməsi hamını kövrəltdi...

Zənnimizcə nümunə və ibrət götürüləsi bir epizoddur...

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

22 2019 16:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə