Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU mütəxəssisləri Avropa Psixiatriya Konqresində

ATU mütəxəssisləri  Avropa Psixiatriya Konqresində

Polşanın paytaxtı Varşava şəhərində “Keçid dövründə psixiatriya: yeni modellər, məqsədlər və çağırışlar yolunda” şüarı altında 27-ci Avropa Psixiatriya Konqresi keçirilib. Avropa Psixiatriya Birliyi (EPA) tərəfindən təşkil edilən tədbirə klinik psixiatrlar, tədqiqatçılar və psixi sağlamlıq sahəsində maraqlı olan səhiyyə təşkilatlarının rəhbərləri qatılıb.

Beynəlxalq konqersdə Azərbaycan Tibb Universitetinin (ATU) psixiatriya kafedrasının əməkdaşları – professor Zəfər Əliyev, assistentlər Seymur Hacıyev və Ceyhun Məmmədzadə də iştirak edib.

Konqresin məqsədi psixiatriya, psixologiya, sosial iş və klinik sınaqlar sahəsində bir sıra mövzularda diskussiya və təhsil forumlarının inkişafına kömək etməkdir. Tədbirdə psixofarmakologiyada sübuta əsaslanan təbabətin təkmilləşdirilməsi, icma səviyyəsində psixi sağlamlıq sistemlərinin tətbiqi, elektron psixi sağlamlıq və profilaktika proqramlarına xüsusi diqqət yetirilib.

Təbdir iştirakçıları arasında fikir və təcrübə mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 15:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə