Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şri-Lankada terror aktları

Şri-Lankada terror aktları

Şri-Lankanın paytaxtı Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, partlayışların əksəriyyətini kilsə və otellərdə  intiharçılar törədiblər.  Ötən gün isə kilsənin yaxınlığında yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən partlayış baş verib. Qeyd edilir ki, həmin kilsə iki gün əvvəl partlayış baş verən kilsələrdən biridir.

Partlayışlar nəticəsində 260-dan çox adam həlak olub. 500-dən çox insan xəsarət alıb.

Terror aktlarına görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib. Asayişin qorunmasına 1000-dən çox hərbçi cəlb olunub.

 

“Xalq qəzeti”

22 2019 15:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə