Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Professor: “Mədəniyyət abidələrimiz məhv olmaq təhlükəsi qarşısındadır”

Professor: “Mədəniyyət abidələrimiz məhv olmaq təhlükəsi qarşısındadır”

Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, professor Azad Rzayev deyir ki, tarixi abidələrin vəziyyəti ilə bağlı məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılıb.

Azad Rzayev: “İşğal olunmuş ərazilərimizdəki abidələrin qorunmasına müdaxilə edə bilmirik.İşğal olunmuş ərazilərimizdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılıb”.

Tarixçi professor bildirib ki, işğal olunmuş ərazilərdə xeyli sayda maddi mədəniyyət nümunələri məhv edilib, bəziləri isə məhv olmaq təhlükəsi qarşısındadır:

“Biz Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayonların ərazisindəki abidələrin taleyi ilə bağlı narahatlığımızı bildiririk. Ancaq yenə də dağıdılır, məhv edilir. İşğal olunmuş abidələrin vəziyyəti ilə bağlı işləri davam etdirməliyik. Hazırda o abidələrin bərpasına, qorunmasına birbaşa müdaxilə edə bilmirik, ancaq biz bunu tələb edə bilərik”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 15:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə