Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rüfət Quliyev: Ukraynada prezident seçkisi demokratik keçdi

Rüfət Quliyev: Ukraynada prezident seçkisi demokratik keçdi

Ukraynada keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmadı. Bunu seçkiləri müşahidə edən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, 15 seçki məntəqəsində müşahidə aparıb: “Prosesi izləyərkən yerli müşahidəçilərlə söhbət etdik. Onlar da seçki prosesi zamanı problemin olmadığını etiraf etdilər. Əhalinin seçkiyə marağı yüksək idi”.

Milli Məclisin digər deputatı Naqif Həmzəyev də Ukraynada seçkiləri müşahidə edib. N.Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edib.

 

"Xalq qəzeti"

22 2019 14:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə