Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

2019-cu il aprelin 1-dək Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəqli edilib.

Bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” forumunda deyib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarından “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz paya malikdir.

 

“Xalq qəzeti”

22 2019 14:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə