Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda “Nəsimi” ilinə həsr olunmuş qiraət gecəsi keçirilib

Sumqayıtda “Nəsimi” ilinə həsr olunmuş qiraət gecəsi keçirilib

İmadəddin Nəsiminin 650 illiyi münasibətilə  Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər Klubu və Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər İnkişaf Mərkəzində bədii qiraət gecəsi keçirilib.

Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov tədbirin dahi şairin yubileyi ilə yanaşı, istedadlı gənclərin öz qabiliyyətlərini nümayiş etdirmələrinə şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili məqsədilə keçirildiyini qeyd edib. Bildirilib ki, ölkə başçısının müvafiq sərəncamı ilə bu il “Nəsimi ili” elan olunub və respublikanın bütün bölgələrində, o cümlədən də Sumqayıtda müvafiq silsilə tədbirlər keçirilir.

Qiraət gecəsində İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, qısa film nümayiş etdirilib. Tədbirdə Sumqayıt Musiqi Kollecinin tələbələri Nəsiminin qəzəlləri əsasında musiqili kompozisiya nümayiş etdirib, şeirlər səsləndiriblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

22 2019 14:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə