Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda Əməkdar jurnalistin şəxsi saytının təqdimatı olub

Sumqayıtda Əməkdar jurnalistin şəxsi saytının təqdimatı olub

Tanınmış yazıçı-jurnalist Eyruz Məmmədov çox maraqlı roman və povestlər yazmaqla bərabər, uzun illərdir ki, Sumqayıt hadisələrinin tədqiqatıyla da məşğul olur. Onun ssenarisi əsasında bir neçə sənədli film çəkilib, kitabları Azərbaycan, türk, rus, ingilis, alman, ispan dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılıb. Qeyd edək ki, ermənilərin işğalçılıq siyasətini ifşa etdiyinə görə, Eyruz Məmmədovun elektron poçtuna erməni millətçiləri tərəfindən mütəmadi şəkildə təhdidedici məktublar daxil olur. Azərbaycan yazarı isə heç nədən çəkinməyərək Sumqayıt hadisələri və erməni terrorizmi ilə bağlı araşdırmalarını davam etdirir, tez-tez mətbuat səhifələrinə çıxarır. 

Eyruz Məmmədov bu yaxınlarda 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışmış, hazırda Ukraynada yaşayan istefada olan polkovnik Vladimir Lebedevi taparaq ondan müsahibə almışdır. Müsahibədə Sumqayıt iğtişaşları ilə bağlı bəzi prinsipial məqamlara aydınlıq gətirilməsi ermənilərin təbliğat maşınının iflası baxımından maraq doğurmuşdur.

Bu günlərdə isə tanınmış jurnalist “Eyruzun səsi” adlı şəxsi xəbər saytını yaradıb. Saytın ictimaiyyətə təqdimat mərasimində məlumat verilib ki, yeni saytda yerləşdirilcək yazılar həyatımızın bir çox sahələrini əhatə edəcək. Mərasimdə çıxış edən ziyalılar və yazarın qələm dostları bu münasibətlə onu təbrik edib və yeni tədqiqatlarında uğurlar arzulayıblar.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

22 2019 14:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə