Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu

Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu

BMT-nin məlumatlarına görə, 2018-ci ilin sonunda yaşı 65-i ötmüş insanların sayı 5 yaşından az olanların sayını keçib. Məlumatda qeyd olunur ki, bəşəriyyətin tarixində ilk dəfədir ki, dünyada qocaların sayı uşaqların sayından çox olub.

Hazırda dünyada təxminən 705 milyon insanın yaşı 65-dən yuxarıdır və 5 yaşından aşağı olanların sayı, təxminən 680 milyon nəfərdir. Mövcud tendensiyalar göstərir ki, 2050-ci ilə qədər bu fərq daha da artacaq – hər beş yaşdan kiçik uşağa iki 65 yaşdan yuxarı olan insan düşəcək. Demoqrafçılar bu tendensiyanı uzun müddətdir ki, aşkar ediblər və izləyirlər: bir çox ölkələrdə insanlar daha uzun yaşayır və daha az uşaqlar var.

Qeyd edək ki, Azərbaycanda 5 yaşlı uşaqların sayı yaşı 65-dən yuxarı olanlardan bir qədər çoxdur.  

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

22 2019 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə