Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tuvada təcridxanadan qaçmış doqquz nəfərdən daha biri tutulub

Tuvada təcridxanadan qaçmış doqquz nəfərdən daha biri tutulub

RİA-Novosti xəbər verir ki,   Tuva polisləri Rusiya DİN-in “Barun-Xemçikski” adlanan bələdiyyələrarası müvəqqəti saxlama kamerasından qaçmış doqquz məhbusdan 7-cisini tutublar. Bu barədə bazar günü DİN-in rəsmi təmsilçisi İrina Volk  məlumat verib.

“Polis əməkdaşları  1985-ci il təvəllüdlü kişini – müvəqqəti saxlama təcridxanasından qaçan dəstənin daha bir üzvünü saxlaya biliblər”, - deyə o bildirib. İ. Volkun sözlərinə görə, həmin qaçaq  əməliyyat-axtarış tədbirləri nəticəsində Barun Xemçinsk rayonunun Qızıl-Majalık kəndindən tapılıb və polis şöbəsinə aparılıb.

Aprelin 14-də sözügedən dəstənin üzvləri növbətçi əməkdaşa bıçaqla bədən xəsarətləri yetirərək təcridxanadan qaçmışdılar. Onlar adam öldürməkdə şübhəli bilinməyə, dava zəminində ağır  xəsarətlər yetirməyə, oğurluq, quldurluq etməyə, həmçinin yol-nəqliyyat hadisəsində iştiraka görə saxlanmışdılar. Polis əməkdaşlarının fəaliyyətini əlaqələndirmək məqsədilə şöbədə operativ qərargah yaradılmışdır. Respublika daxili işlər naziri general-mayor Aleksandr Şur özü qərargaha başçılıq edir. Qalan qaçaqların yerinin müəyyənləşdirilməsi üzrə işlər davam etdirilir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

22 2019 13:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə