Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Formula-1” ilə əlaqədar Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

“Formula-1” ilə əlaqədar Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bu gündən "Formula-1" Azərbaycan Qran-prisi yarışının keçirilməsi ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanılıb.

Yarışma Azadlıq meydanından başlayaraq, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospekti marşrutu üzrə keçiriləcək. Bu istiqamətlər üzrə kəsişən, bitişən, paralel olan əksər küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanacaq.

Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasına görə, bu gündən sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər tədbir tam başa çatanadək qüvvədə olacaq.

Qeyd edək ki, "Formula-1" yarışı 26-28 aprel tarixlərində keçiriləcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2019 12:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə