Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şabranda heyvanlar arasında profilaktik tədbirlər davam etdirilir

Şabranda heyvanlar arasında profilaktik tədbirlər davam etdirilir

Dövlət Baytarlıq Xidməti bildirir ki, Şabran rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Şabran Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparıb.

Həmçinin həssas heyvanlar arasında xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə heyvanlardan qan alınaraq laboratoriyaya göndərilib. Eləcə də 2200 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

Aprel ayının ilk günlərindən Şabran Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu xəstəliyə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Rayonda saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 12:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə