Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Aprel fədailəri” adlı tədbirdə şəhidlər hörmətlə anılıb

“Aprel fədailəri” adlı tədbirdə şəhidlər hörmətlə anılıb

Bakı şəhəri N.Nərimanov adına 45№-li tam orta məktəbdə Aprel zəfəri və qəhrəman Aprel zəfəri şəhidlərimizə həsr olunan “Aprel fədailəri” adlı tədbir keçirilib və tədbiri açan məktəbin direktoru Nəcibə Axundova tədbirin mahiyyətindən danışıb. Milli Məclisin deputatı Qənirə Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından bəhs edib.   

Direktor Aprel döyüşlərində şəhid olan qəhrəman şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovaya bu cür tədbirin keçirilməsi üçün təşəkkür edib. Q.Paşayeva vurğulayıb ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında tədbirlərin, çəkilən filmlərin, yazılan kitabların  orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş və təqdim olunmasının vacibliyini qeyd edib. Ali Baş Komandanımız  Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.

Bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, ölkəmizin daha da inkişafı istiqamətində, müəllimlərin, ziyalıların,  gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. 

Tədbirdə iştirak edən bir sıra təşkilat nümayəndələri, ziyalılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Sonra tədbir uşaqların vətənpərvərlik ruhunda hazırladıqları kompozisiyalarla davam edib. Qonaqlar məktəblə də yaxından tanış olub, məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları layihələrlə tanış olublar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 12:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə