Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə əsas kapitala 2,7 milyard manata yaxın vəsait yönəldilmişdir

Cari ildə əsas kapitala 2,7 milyard manata yaxın vəsait yönəldilmişdir

2019-cu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 699,7 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 70,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki,  qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 6 faiz artmışdır. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı obyektlərinin, 26,4 faizi xidmət sahələri üzrə obyektlərin, 9,3 faizi isə ümumi sahəsi 420,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 67,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, büdcə vəsaitləri 21,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,0 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-mart aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.  

 

Samirə Əliyeva,
“Xalq qəzeti”
 

22 2019 12:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə