Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kapital bazarı vasitəsi ilə maliyyələşmə və listinq

Kapital bazarı vasitəsi ilə maliyyələşmə və listinq

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Biznes İdarəçiliyi fakultəsinin İqtisadiyyat kafedrası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə “Kapital bazarı vasitəsi ilə maliyyələşmə və listinq” adlı seminar keçirilib.

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin Kapital bazarına nəzarət idarəsinin aparıcı analitiki Tural Eyvazlı,  Bakı Fond Birjasının Ticarət və üzvlük qrupunun aparıcı mütəxəssisi Mətin Yolçuyev və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndəsi Əli Hüseynlinin təqdimat- çıxışları ali təhsil müəssisəsinin müvafiq ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb. “Kapital bazarının iştirakçıları və alətləri”, “İnvestisiya qiymətli kağızları”, “Kapital bazarlarında maliyyələşmə”, “İnvestisiya xidmətlərinin növləri və emitentləri”nə dair nəzəri və praktik mövzulu təqdimatlar geniş fikir mübadiləsi şəraitində başa çatıb.

Tədbirin sonunda adıçəkilən qurum tərəfindən universitetdə seminar-təqdimatların  vaxtaşırı təşkili qərara alınıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 12:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə