Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftçilər parkı müasir istirahət və əyləncə mərkəzinə çevrilib

Neftçilər parkı müasir istirahət və əyləncə mərkəzinə çevrilib

Gözəlliyinə və şəninə nəğmələr ­qoşulan Bakı istər qədimliyi, istərsə də ­müasirliyi ilə şəhər sakinlərinin və əcnəbilərin gözlərini oxşayır. İldən-ilə simasını dəyişən, daha da gözəlləşən paytaxtımız həm də parkları, bağları ilə tanınır və sevilir. İndi şəhərin elə rayonu olmaz ki, orada əhalinin istirahəti üçün nəzərdə tutulmuş parklar olmasın.

Təsadüfi deyil ki, şəhərimizdə bərpaya ehtiyacı olan parkların yenidən abadlaşdırılması, orada istirahət üçün hər cür şəraitin yaradılması “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yenidən qurulmuş Neftçilər parkı ilə tanışlığı da bu sahənin dövlətin fəaliyyətində mühüm yer tutduğunu göstərir. Elə bununla bağlı Qaraçuxur qəsəbəsinin sakini olan əmək veteranı Firudin İbrahimov öz təəssüratlarını qəzetimizlə bölüşdü:
– Yarım əsrə yaxındır ki, bu parkın yaxınlığında yaşayıram. Neftçilər parkı illərdir, mənim üçün doğma məkana çevrilib. Onun müxtəlif illərdə vəziyyəti indi də mənim gözümün önündədir. Boş zamanlarımda istirahət etmək, gəzmək üçün gəldiyim Neftçilər parkının vəziyyəti son dövrlərdə qənaətbəxş deyildi. Sakinlərin, eləcə də uşaqların burada istirahəti üçün şərait yox idi. Bura tamamilə unudulmuşdu. Sakinlər həmişə arzulayırdılar ki, park yenidən bərpa edilsin, daha müasir və gözəl olsun. Çox sevinirəm ki, dövlət proqramı çərçivəsində Neftçilər parkı əvvəlkindən də gözəl və müasir parka çevrildi. Cənab Prezident İlham Əliyevin və ­birinci ­vitse-prezident Mehriban xanım Əliyevanın Neftçilər parkına gələrək sakinlərlə görüşməsi biz sakinlərdə böyük ruh yüksəkliyi yaratdı. 
Parkda meşə zolağının salınması, velosiped yollarının çəkilməsi, uşaqların əylənməsi üçün xüsusi attraksionların quraşdırılması əhalinin ürəyincədir. Parkda idmana həvəsi olan uşaqlarımız da unudulmayıb, onlar üçün uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb. “Veteranlar guşəsi” təşkil edilib. Artıq bundan sonra bura bizim kimi veteranların sevimli məkanına çevriləcək. Vətənin bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Cavanşir Rəhimovun parkda büstünün bərpası isə xüsusilə alqışalayiqdir. Axı bu cür oğulların tanıdılması gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Daha nə istəyirik?! Bizim kimi ömrünün çox hissəsini əməyə sərf etmiş veteranlar üçün parkda yaradılmış şərait və buradakı səliqə-sahman, təmiz hava nəyə desən dəyər. Artıq bundan sonra biz sakinlər daha həvəslə parka gəlib istirahət edə biləcəyik. 

 

Söhbətləşdi: 
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”  

20 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə