Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir gəncləri həm «dinimiz mənəvi dəyərimizdir» deyir, həm də onun pərdəsi arxasında gizlənənlərə «yox» deyir...

 «Böyük yol» Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkirdəki Heydər Əliyev Mərkəzində “Dinimiz mənəvi dəyərimizdir” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, ziyalılar, ağsaqqallar, dindarlar və rayonun fəal gəncləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan «Böyük yol» Gənclər İctimai Birliyinin sədri Kənan İbrahimov çıxış edərək İslam dininin bütün zərərli vərdişlərə, terrora, ekstremizmə qarşı olduğunu deyib. O, qeyd edib ki, bu baxımdan milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərimizin üzərinə mühüm vəzifələr düşür. Daha sonra “Din və xurafat”, “Azərbaycanda İslam dəyərlərinə hörmət” mövzularınada qısa filmlər nümayiş etdirilmişdir.

Sonra Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış etmişdir. O, ölkəmizin İslami dəyərlərə verdiyi yüksək qiymətdən söhbət açaraq bildirib ki, bəzi müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslam dininə vurulan zərbədir, gənclərimiz belə münaqişələrdə iştirak etməməli, milli-mənəvi dəyərlərimizi qorumaq üçün ayıq-sayıq olmalıdırlar. Konkret faktlar sadalayan, tutarlı arqumentlər gətirən rayon rəhbərinin çıxışı böyük maraqla qarşılanmışdır.

Geniş disskusiya şəklində davam edən tədbirdə rayon ziyalıları və ağsaqqaları çıxış edərək bu mövzuda tədbirlərin təşkilinin gənclərimizin və eləcə də rayon ictimaiyyətinin maarifləndirilməsi üçün olduqca labüd olduğunu qeyd etmişlər. Çıxış edən dindarlar mövzu ilə bağlı təkliflərini bildirmişlər.

          Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

        

 

31 2018 13:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə