Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç bir qüvvə dövlətimizi yolundan döndərmək iqtidarında deyil

Heç bir qüvvə dövlətimizi yolundan döndərmək iqtidarında deyil

Son illər müstəqil Azərbaycanın iqtisadi gücü durmadan artır, əhalinin maddi rifahı daim yaxşılaşır, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Lakin istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycanın parlaq uğurlarından narahat olan bir sıra qüvvələr var. Onlar son vaxtlar xüsusilə fəallaşıblar. 

Lakin həmin bədnam ünsürlərin bütün səyləri əbəsdir. Çünki ölkə əhalisinin böyük əksəriyyəti, o cümlədən ziyalılar, vətəndaş cəmiyyətinin fəalları Prezident İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik siyasətini birmənalı olaraq dəstəkləyirlər. Qocaman neftçi-alim, texnika üzrə fəlsəfə doktoru Baba Əhmədli bu barədə söz açdı: 
– Prezident İlham Əliyevin liderliyi ilə son 16 ildə ölkəmizin uğurları göz qabağındadır. Reallıq budur ki, Azərbaycan xalqı dövlət başçısına dərin inam və rəğbət bəsləyir. 
Azərbaycanın uğurları işğalçı Ermənistanı, erməni lobbisini, xaricdəki antiazərbaycan qüvvələri ciddi narahat edir. Həmin qüvvələr xalqımızın imicinə ləkə yaxmaq, dövlətimizi nüfuzdan salmaq üçün çirkin kampaniyalar təşkil edirlər.
Son zamanlar bəzi antimilli ünsürlər müxtəlif platformalarda çıxış edərək Azərbaycan ilə Avropa İttifaqı arasında barəsində danışıqlar aparılan saziş layihəsi ilə bağlı əsassız fikirlər irəli sürürlər. Lakin bu şantaj və qarayaxmalar tamamilə əbəsdir. Heç bir qüvvə müstəqil Azərbaycan dövlətini öz yolundan döndərmək gücündə deyil. 
Əminəm ki, düşmənlərimizin arzusu yenə də ürəklərində qalacaq! Belə ki, Azərbaycan dövləti kifayət qədər güclüdür. Heç bir qüvvə ölkəmizdə xalq-iqtidar birliyini sarsıda bilməz. 
Hesab edirəm ki, Azərbaycan vətəndaşı bu gün siyasi cəhətdən çox yetkindir. O, xalqımıza, dövlətçiliyimizə atılan böhtanların haradan və hansı məqsədlə atıldığının fərqindədir. Xalqımız heç vaxt düşmənin bəd niyyət və felinə uymaz! 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

20 2019 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə