Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ictimaiyyəti ölkəmizə qara yaxanları yaxşı tanıyır

Azərbaycan ictimaiyyəti ölkəmizə qara yaxanları yaxşı tanıyır

Azərbaycanın son illərdə qazandığı sosial-iqtisadi uğurların, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların istər xarici antiazərbaycan qüvvələrdə, istərsə də daxildəki “5-ci kolon”da qıcıq yaratması təzə məsələ deyil və Azərbaycan zaman-zaman bu problemlə qarşılaşmalı olur.

Bir sıra xarici QHT-lər, bəzi beynəlxalq təşkilatlar ölkələrə və məsələlərə ikili standartlarla yanaşaraq çox zaman qeyri-obyektiv, həqiqətdən uzaq addımlar atır, bununla da özlərinə sərf etməyən ölkələr, eləcə də onların milli liderləri haqqında adekvat olmayan rəylər formalaşdırmağa çalışırlar. Bəzən bizim xaricdə yaşayan soydaşlarımız və daxildəki opponentlərimiz də onların toruna düşür, doğma vətənlərinə şər-böhtan yağdırmağa başlayırlar. 
Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Onların sifarişlərini yerinə yetirən “Trensparency İnternational”, “Amnesty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. 
Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə evsahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə də bu fikrimizi bir daha sübut edir. 
Ancaq bu cəhdlər tamamilə əbəsdir. Azərbaycan ictimaiyyəti, ekspertlər xarici antiazərbaycan və daxildəki “5-ci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcəkdir. 

 

Məhərrəm ZÜLFÜQARLI,
tarix üzrə fəlsəfə doktoru

 

20 2019 21:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə