Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: şəhərin yeni rəhbəri ağsaqqallarla məsləhətləşdi

 Şəhər icra hakimiyyətində keçirilən görüşdə Gəncənin elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrini təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib. İcra hakimiyyətinin başçısı Niyazi Bayramov görüşdə qeyd edib ki, Gəncə tarixən mədəniyyət beşiyidir, ziyalılar diyarıdır.

O deyib ki, bu görüşün əsas məqsədi cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm.

Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə Şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və başqaları çıxış edərək, şəhərə yeni təyin olunan icra hakimiyyətinin başçısına fəaliyyətində uğurlar arzulayıblar.Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar.  Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, bu işdə şəhər rəhbərinə hərtərəfli dəstək göstərəcək, əllərindən gələn köməyi əsirgəməyəcəklər.

 Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.

         Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 

31 Avqust 2018 13:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə