Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Notr-Dam kilsəsinin texniki vəziyyəti narahatlıq doğurur

Notr-Dam kilsəsinin texniki vəziyyəti narahatlıq doğurur

“Euronews” agentliyinin yaydığı məlumata görə, Parisin Notr-Dam kilsəsinin texniki vəziyyəti narahatlıq doğurur. Belə ki, kilsədə baş vermiş yanğından sonra mütəxəssislər binanın əsas hissəsinin mühafizə edildiyini bildirmişdilər. Lakin son iki gündə aparılmış ekspertizadan sonra tikilinin vəziyyəti daha dəqiq müəyyən olunub. 

Bildirilir ki, arxitektorlar konstruksiyanın 3 elementinin hər an dağıla biləcəyindən ehtiyat edirlər. Bunlardan ən başlıcası giriş qapısının üzərindəki vimperqdir. Mürəkkəb naxışlarla bəzədilmiş bu elementin kütləsi bir neçə tondur. Burada uçqun baş verəcəyi təqdirdə binanın fasadı bütövlükdə sıradan çıxa bilər. 
Kilsənin Sena çayı tərəfdəki hissəsi də ciddi ziyan görüb. Buradakı din xadimlərinin yataqxanası sıradan çıxıb. Tikilinin ətrafında yaşayanların evlərinə qayıtmasına icazə verilmir. Kilsənin cənub tərəfi isə yanğından daha çox ziyan görüb. Bu hissədə olan qarqoylların qopub düşmə təhlükəsi çox böyükdür. Uçma təhlükəsinə görə möhkəmləndirmə işləri çox kiçik templə aparılır. 
Bu arada, “Figaro” saytının keçirdiyi rəy sorğusu zamanı məlum olub ki, əhalinin böyük hissəsi tarixi abidənin müasir üslubda bərpa edilməsinə qarşı çıxır. 
Aprelin 15-də Notr-Dam kilsəsində baş verən yanğın nəticəsində kafedralın taxta konstruksiyaları yanıb, şpil dağılaraq binanın tavanını zədələyib. 1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə alınmayıb. 
Klassik Avropa kilsələrini hər yüz ildə orta hesabla 3 dəfə ildırım vursa da, Notr-Dam kafedralında belə hal heç bir zaman baş verməyib. Halbuki, 1872-ci ilədək Avropanın böyük kilsələrində bu təbiət hadisəsinə görə orta hesabla hər 40 ildə bir dəfə güclü yanğın baş verib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

20 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə