Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı şengen vizası alınması prosesini asanlaşdırıb

Avropa İttifaqı şengen vizası alınması prosesini asanlaşdırıb

“İnterfax” agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı Parlamenti Avropa Komissiyasının yaxşı viza tarixçəsinə malik turistlərin şengen vizası alması qaydalarının dəyişdirilməsi üzrə təklifini qəbul edib.

Mənbə yazır ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi portalında yerləşdirilib. Məlumatda deyilir: “Viza prosedurları daha asan olacaq. Bundan sonra turistlər planlaşdırılmış səfərdən maksimum altı ay öncə viza üçün müraciət edə biləcək (hazırda bu müddət 3 aydır). Əksər hallarda bunu yaşadıqları ölkədən etmələri mümkün olacaq. Mümkün olan yerlərdə viza üçün elektron formada müraciət edilə biləcək”.
Qeyd edilir ki, çox istifadəli vizalar bundan sonra yaxşı viza tarixinə malik turistlər üçün daha uzun müddətə – 1 ildən 5 ilə qədər veriləcək. Yeni qaydalara görə, viza rejiminin asanlaşdırılması barədə sazişin imzalandığı ölkələrin vətəndaşları həmin sənəd üçün 40 avro ödəməli olacaq. Dəyişikliklərin 6 aydan sonra qüvvəyə minəcəyi bildirilir.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

20 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 Oktyabr 2019 | 11:18
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə