Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konte ilə Tramp arasında telefon danışığı olub

Konte ilə Tramp arasında telefon danışığı olub

İtaliyanın Baş naziri Cüzeppe Konte ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə “Euronews” telekanalı məlumat yayıb.

Xəbərdə deyilir ki, C.Konte və D.Tramp iki ölkə arasında bir sıra aktual ikitərəfli məsələləri, o cümlədən Liviyadakı son vəziyyəti müzakirə ediblər. Bildirilir ki, tərəflər Liviyada yaşanan böhranın həlli yollarının müəyyənləşdirilməsi üçün birbaşa əlaqənin saxlanılması barədə razılığa gəliblər.
Bu arada məlum olub ki, Yaponiyanın Baş naziri Sindzo Abe gələn ay ABŞ-a səfər edəcək. Daha sonra isə ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedəcək.
Yeri gəlmişkən, dünən Vaşinqtonda Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo və müdafiə nazirinin birinci müavini Patrik Şanahan arasında “2+2” formatında görüş olub. Tərəflər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. 
Yaponiyanın xarici işlər naziri T.Kono jurnalistlərə bildirib ki, “Gündoğar ölkə”nin yeni imperatorunun taxt-taca çıxmasından sonra Donald Tramp bu ölkəyə rəsmi səfərə gələn ilk xarici qonaq olacaq. 

M.HACIXANLI, “Xalq qəzeti” 

20 2019 21:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə