Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sarı jiletlilər” Emmanuel Makronun istefasını tələb edirlər

“Sarı jiletlilər” Emmanuel Makronun istefasını tələb edirlər

Paris polisi “Sarı jiletlilər” hərəkatının etiraz aksiyasına qoşulmaq istəyən 70 nəfəri saxlayıb. Bu barədə Fransa polisinin məlumatına istinadən TASS məlumat yayıb. 

Etiraz aksiyası Parisin XII dairəsində, İqtisadiyyat Nazirliyinin binası yaxınlığında keçirilib. Telekanalların verdiyi məlumata görə, aksiyaya Fransanın digər regionlarından olan “Sarı jiletlilər” də qoşulublar. Etirazçı kütlənin arasında Yura və Buş-Dü-Ron departamentlərinin də bayraqları dalğalanıb. Toplaşanlar “Marselyoza” sədaları altında Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər. 
Bütün nümayişlərin qadağan olunduğu Yelisey meydanında polisin gücləndirilmiş dəstələri növbə çəkir. Cümə günü daxili işlər naziri Kristof Kastaner bəyan edib ki, dinc nümayişçilər arasında dağıntılar törətməyə çalışan qarətçilər də ola bilər. 
Bir qədər əvvəl bildirilmişdi ki, “Sarı jiletlilər” paytaxtda ümummilli etiraz aksiyası keçirmək üçün ölkənin hər yerindən tərəfdarlarını dəvət ediblər. Xatırladaq ki, “Sarı jiletlilər” hərəkatı Fransada 2018-ci ilin noyabrında vergilərin və qiymətlərin qaldırılmasına etiraz əlaməti olaraq meydana çıxıb. Sonradan nümayişçilər hakimiyyəti ölkəni qeyri-effektiv idarə etməkdə və yoxsulluğa qarşı lazımınca tədbir görməməkdə günahlandırıb. Parisdə və ayrı-ayrı şəhərlərdə keçirilmiş etiraz aksiyaları nümayişçilərin polislə toqquşması, yanğınlar və mağazalarda qarətlər törədilməsi ilə müşayiət olunub. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

20 2019 21:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə