Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da Respublika Fənn Olimpiadası keçirilib

ADNSU-da Respublika Fənn Olimpiadası keçirilib

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün fizika, riyaziyyat və kimya fənləri üzrə Respublika Fənn Olimpiadası keçirilib.

Olimpiadada Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 135 nəfər XI sinif şagirdi iştirak edib. Onlardan 39 nəfəri fizika üzrə, 53 nəfəri riyaziyyat üzrə, 43 nəfəri isə kimya fənni üzrə biliklərini yoxlayıb.Azərbaycan və rus dillərində olmaqla yazılı formada aparılan imtahanda hər şagird yalnız bir fənn üzrə iştirak etmək hüququna malik olub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahanların keçirildiyi otaqları gəzib, olimpiadanın gedişatını izləyib. Daha sonra olimpiadada iştirak edən məktəblilərin valideynləri ilə görüşən rektor M.Babanlı universitetdə gənclərin yüksək səviyyədə təhsil almaları üçün görülən işlərdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə keçirilir.İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər universitet tərəfindən mükafatlandırılacaq.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

20 2019 17:18 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə