Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac kəsən şəxs cəzalandı

Ağac kəsən şəxs cəzalandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

20 2019 16:56 - EKOLOGİYA
EKOLOGİYA
21 May 2019 | 17:52
Görüş keçirilib
17 May 2019 | 17:46
Görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə