Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edildi

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edildi

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.  Qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir.

Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən 2  il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür.

Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində (bundan sonra - elektron sistem) "Elektron ərizə"ni dolduraraq təsdiq etməlidirlər. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər.

Peşə təhsili pilləsində keçid üçün müraciət etmiş şəxslər maksimum 5 ixtisas seçmək hüququna malikdirlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə