Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransızların qəlbinə sevgi ilə yol tapan fotoqraf

Fransızların qəlbinə sevgi ilə yol tapan fotoqraf

Gənc fotoqraf Maya Bağırova Bakıda anadan olub, orta təhsilini İncəsənət Gimnaziyasında skripka üzrə bitirib. Sonra Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil alıb. Karyerasını isə fotoqrafiya sahəsində davam etdirir: "İllərlə skripka ifa etmişəm, bu sahə üzrə ali təhsil də aldım və təhsilimi başa vurub Fransaya getdim. Orda bir il yaşayıb dili öyrəndikdən sonra fotoqrafiya üzrə məktəbə daxil olmuşam. Bakıda yaşadığım müddətdə Beynəlxalq Muğam Mərkəzində və "Nərgiz” jurnalında fotoqraf kimi çalışmışam. İndi Fransada fotoqrafiya məktəbində təhsil alıram. Məktəb Parisdə çox böyük jurnallardan biri olan "Paris Match” ilə əməkdaşlıq edir, buna görə, həftədə bir gün dərsimiz, jurnalın ofisində keçir, qalan günlər məktəbdə. Təhsil müddəti iki ildir, mən artıq bu il başa vururam”.

Gənc  rəssamın Bakıda "Paris” adlı ilk sərgisi keçirilib.

  Deyr ki, bu mənim  ilk fərdi sərgim idi, amma Parisdə qrup şəklində sərgim olmuşdu. "Frankofoniya həftələri” çərçivəsində Fransanın Azərbaycandakı səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun ve "Art Council Azərbaycan"ın  dəstəyi ilə sərgi keçirilir. 14 apreldə açılışı oldu, 24 aprelə kimi davam edəcək. Artıq Parisə qayıdıram, mən olmasam da, sərgi davam edəcək. Parisdə sərgidə həmişə insanlar çalışırlar ki, nə isə fikir bildirsinlər. Burdakı sərgidə çıxış edəndə dedim ki, hər kəsin mənim işlərimdə öz hissəciyini tapmasını istəyirəm. Sonra hiss etdim ki, hamı özünü axtarmağa başladı. Biri dedi ki, bu foto xoşuma gəlir, çünki mən özümü görürəm, bəziləri fotolarda məqamların necə dayanmasının izahını istəyirdi. Mən onu insanlara deməsəydim, axtarmağa çox da maraq göstərməyəcəkdilər, fotoqrafla şəkil çəkdirib, təbrik edib gedəcəkdilər.”

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 16:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə