Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov  Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib. Bu barədə AAYDA-nın mətbuat xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov, Füzuli RİH-nin başçısı Alı Alıyev və Cəbrayıl RİH-nin başçısı Kamal Həsənov ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

İdarə heyətinin sədri Saleh Məmmədov və dövlət agentliyinin kollektivi “Aprel şəhidlərinə xatirə” abidəsini də ziyarət edərək torpaqlarımızın azadlığı uörunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib. Görüş zamanı məktəbə dövlət agentliyi tərəfindən kompyuter dəstləri və məktəbli geyimləri hədiyyə olunub.

Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında  keçirilən qəbulda  Cəbrayıl, Xocavənd və Füzuli rayonlarından olan 16 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən AAYDA-nin İdarə heyətinin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 16:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə