Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər

Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər

“Gilan Textile Park” şirkəti ixrac coğrafiyasını MDB ölkələrində yeni bazarlaradək genişləndirmək niyyətindədir.

Bunu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mehriban Axundova deyib. Onun sözlərinə görə, hazırda tekstil məhsulunun ixracı ilə bağlı Rusiyada tərəfdaşlarla danışıqlar davam edir: “Rusiyadan başqa biz Belarusa da ixracı nəzərdə saxlayırıq. Söhbət xalat, yorğan və digər məhsullardan gedir. Gələcəkdə biz digər MDB ölkələrinə də məhsul ixrac etməyi planlaşdırırıq”.

Assosiasiya rəhbəri bildirib ki, “Gilan Textile Park” şirkətinin məhsulu ekoloji cəhətdən təmizdir və beynəlxalq keyfiyyət standartlarına cavab verir.

 

"Xalq qəzeti”

20 2019 12:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə