Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Timoşenko Zelenskinin seçkilərdə qələbə qazanacağına inanır

Timoşenko Zelenskinin seçkilərdə qələbə qazanacağına inanır

Ukraynada “Batkivşina” partiyasının lideri, prezident seçkilərinin ilk turundan sonra mübarizədən kənarda qalmış Yuliya Timoşenko hesab edir ki, ikinci turda Vladimir Zelenski qalib gələcək. Siyasətçi bunu Fasebook sosial şəbəkəsində verilmiş videomüraciətində  deyib. “Böyük rəqəm hesablamalarına görə Zelenskinin qələbəsi obyektiv reallıqdır, - deyə o bildirib. Artıq buna alışmaq barədə düşünmək lazımdır “.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də olacaq. Bundan iki gün öncə isə Pyotr Poroşenko ilə Vladimir Zelenskinin Kiyevin “Olimpiya” stadionunda debat keçirəcəkləri barədə məlumat yayılmışdır.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

20 2019 12:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə