Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən yaşlı vombatı ölüb

Dünyanın ən yaşlı vombatı ölüb

Kanberra şəhər zooparkında Vinni ləqəbli ən uzuznömürlü vombatın yeri artıq boş qalıb. 

Əsasən Avstraliyada rast gəlinən ağır gövdəli, qısa ayaqlı vombatlar ikikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsidir. Qorxaq və sevilən heyvanlardır. Boyları ən çoxu 1 metrə qədər, çəkiləri isə 20 ile 35 kilo arasında olan vombatların kenqurular kimi kisələri var, əsasən yereşən, otyeyən  olaraq tanınırlar. Onlar vəhşi təbiətdə 15 il, qəfəs şəraitində 20 ilə qədər yaşayır. Vinni isə düz 32 yaşında ölüb.

Şöhrətli Vinninin sosial şəbəkələrdə ayrıca səhifəsi, 1288 abunəçisi vardır. Zooparkın əməkdaşları hesab edirlər ki, Vinni sağlam pəhriz və aktiv həyat tərzi sayəsində uzunömürlü olub: kökü, qarğıdalını, şirin kartofu sevirdi, fəal və şux idi. Son vaxtlar yaşına görə vəziyyəti pisləşirdi.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

20 2019 12:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə