Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəza çəkməkdən azad edilən 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır.

Cari ildə bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər.

Həmin şəxslər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir. Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin potensialları müqabilində  özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir.

 

Z. BƏŞİRQIZI,
 “Xalq qəzeti”

31 2018 13:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə