Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt şəhərinin 70 illik yubileyi münasibəti ilə möhtəşəm flashmob keçirilib

Sumqayıt şəhərinin 70 illik yubileyi münasibəti ilə möhtəşəm flashmob keçirilib

Sumqayıt şəhər səhiyyə şöbəsinin təşəbbüsü ilə yubiley flashmobu təşkil olunub. Əvvəlcə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində dirijor Firəngiz Xəlilovanın rəhbərlik etdiyi xor  kollektivi sözləri Nəsib Cəfərova, musiqisi Səid Rüstəmova aid olan məşhur “Canlanır hər qarış çöl Sumqayıtda” mahnısını səsləndirib. Çoxsaylı mobil telefon işıqlarına qərq olan tamaşa salonu ulduzların sayrışdığı ecazkar səma təsiri bağışlayıb.    

Sonra Sumqayıtın bayraq meydanında flaşmob  nümayiş etdirilib. İştirakçılar musiqi sədaları altında bədənləri ilə “Sumqayıt 70” sözlərini canlandırıblar. Flashmobun quruluşunu tanınmış rejissor Rais Bəhrami verib.

Minlərcə seyrçi flashmobu maraqla izləyib

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

20 2019 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə