Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələdə 93 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Qəbələdə 93 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış avtoservis-xidmət sahəsi və iki heyvandarlıq təsərrüfatı ilə tanış olublar.

Nazir proqram iştirakçıları ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının  2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox insanı əhatə etdiyini, biznes-planlarını uğurla müdafiə edən 7267 nəfərin keçən il proqramın iştirakçısı olduğunu deyib. O, gələcəkdə də proqramın əhəmiyyətli genişləndiriləcəyini bildirib.

S.Babayev qeyd edib ki, vətəndaşların proqrama cəlb edilməsi işlərində daha həssas əhali qruplarına -əlilliyi olan şəxslərin, məcburi köçkünlərin, şəhid ailə üzvlərinin və b. üstünlük verilir. Qəbələ rayonunda hazırda baxış keçirilən, özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlardan elə birinin də sahibi şəhid ailəsi üzvüdür.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesini qurmuş insanlar  aztəminatlı ailələrin sahibkarlığa çıxışına şərait yaradıldığına görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ötən il Qəbələ rayonunda 93 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 12:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə