Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müharibə veteranları dövlət qayğısından razıdırlar

Müharibə veteranları dövlət qayğısından razıdırlar

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə aparılan geniş islahatlar ölkə ictimaiyyəti tərəfindən dərin məmnunluq hissi ilə qarşılanır. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev fikirlərini bizimlə bölüşüb:

– Mən möhtərəm ­Prezidentin bu istiqamətdəki fərman və sərəncamlarını diqqətlə izləyirəm. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda şəhid ailələri, müharibə veteranları, əlillər, bir sözlə əhalinin bütün həssas təbəqələri xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Özününüz fikir verin. Son bir neçə ay ərzində dövlət başçımızın sərəncamları ilə əlillərin, müharibə veteranları və şəhid ailələrinin sosial müavinətlərinin məbləği artırılıb,  müharibə əlillərinin övladları dövlət təhsil müəssisələrində təhsil haqqından azad olunublar. 
Qarabağ müharibəsinin fəal iştirakçısı kimi bütün bunlara görə həm öz adımdan, həm də təşkilatımızın üzvləri adından hörmətli dövlət başçımıza dərin təşəkkürümü bildirirəm. Bu böyük diqqət və qayğı biz müharibə veteranlarının həyat eşqini daha da artırır. 
Fəxrlə bildirmək istəyirəm ki, rəhbərlik etdiyim QHT-nin fəal üzvləri müstəqil Azərbaycanda uğurla formalaşan vətəndaş cəmiyyəti quruculuğuna daim öz töhfələrini verməyə çalışırlar. Biz son illər ərzində gənclər arasında  vətənpərvərlik ruhunun gücləndirilməsi sahəsində bir sıra layihələri uğurla icra etmişik. 
Bizim ən böyük planımız, təbii ki,  torpaqlarımızın geri qaytarılması yönündə aparılan işlərdir. Qarabağın azad olunması istiqamətində fəaliyyətə, lazım gələrsə,  döyüşə getməyə də hazırıq. Bununla bağlı Ali Baş Komandana, Müdafiə Nazirliyinə də müraciət etmişik. İstəyimiz və arzumuz doğma Qarabağın, torpaqlarımızın işğaldan azad olunmasıdır. 
İnanıram ki, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın bütün torpaqları ən yaxın gələcəkdə düşməndən tamamilə azad olunacaq. Azərbaycan Ordusunun Qarabağda zəfər qazanacağına əminəm. Şanlı Aprel döyüşləri xalqımızın qələbə inamını daha da artırıb. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

 

20 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə