Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Körpələrdə açıq üsulla uğurlu ürək əməliyyatı olub

Körpələrdə açıq üsulla uğurlu ürək əməliyyatı olub

Bu günlərdə ATU-nun Tədris Terapevtik Klinikasında uşaq kordioloqu Elnur İmanov tərəfindən iki ürək qüsurlu körpə üzərində qapalı ürək əməliyyatı aparılıb. Həkim E.İmanovun bildirdiyinə görə, 8 kq çəkidə olan 16 aylıq Osman Rzayevdə müayinə zamanı qulaqcıqarası çəpər deffekti və digər anomaliyalar aşkar olunub. Xəstənin üzərində başqa əməliyyatların aparılmasına ehtiyac olduğundan, çəpər deffekti inviaziv yolla aradan qaldırılıb.

Digər körpə 8 aylıq və 6 kq çəkidə olan Məryəm Əlizadədə isə müayinə zamanı ağciyər arteria stenozu müəyyən edilib. Körpənin ürəyində aşkarlanan qapaq darlığı pulmonar balon valvuloplastikanın müdaxiləsi ilə aradan qaldırılıb. Körpələr həkimlər tərəfindən lazımi müalicə olunaraq evlərinə buraxılıb. Hazırda onlar özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, M.Əlizadənin üzərində aparılan əməliyyat Tədris Terapevtik Cərrahiyyə Klinikasında qeydə alınan ilk hadisədir. Bu vaxtadək o yaşda və çəkidə heç bir körpə üzərində qapalı üsulla ürək əməliyyatı aparılmayıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə